Misirli hüquqşünasın qalmaqallı açıqlaması dünya mediasında geniş müzakirə mövzusu olub.
Yerli telekanallardan birində çıxış edən hüquqşünas Nəbi əl-Vaxş qadınlara qarşı təcavüzün misirlilərin adət-ənənəsindən irəli gələn "milli borc" olduğunu bildirib.
Hüquqşünas qeyd edib ki, müasir gənc qızların zahiri görünüşü əndazəni aşıb:

"İndi gənc qızlar müasirlik adı altında cırıq şalvar, köynək geyinib küçələrdə gəzirlər. Bu təbii olaraq kişilərin, eləcə də mənim heç xoşuma gəlmir. Belə qızlara təcavüz etmək, onlara sahib olmaq vətənpərvərlik borcudur. Bu bütün misirlilərin milli məsələsidir".
Bir sıra yerli təşkilatlar isə bu açıqlamaya görə hüquqşünası məhkəməyə verməyə hazırlaşırlar.
Xatırladaq ki, cari ilin 16 oktyabr tarixində Misirin paytaxtı Qahirə qadınlar üçün dünyanın ən təhlükəli şəhəri olaraq qeydə alınıb. Qadınlara qarşı təcavüz hallarının statistikasına görə, şəhər ən birinci sıralarda yer alır./publika
İcmal.Az

























