"Qalatasaray” Azərbaycanda yoldaşlıq görüşü keçirəcək

OXUNUB: 528 SOSİAL İDMAN

"Qalatasaray” Azərbaycanda yoldaşlıq görüşü keçirəcək.

 Bu barədə "Qalatasaray” idman klubunun İdarə Heyətinin üzvü, "Taç Spor” klubunun İdarə Heyətinin rəhbəri Ural Aküzüm deyib.

O, yoldaşlıq görüşünün Bakı və Qəbələdə təşkil ediləcəyini söyləyib.

Ural Aküzümün sözlərinə görə  "Qalatasaray İş Adamları Dərnəyi”nin İdarə Heyətinin üzvləri arasında Azərbaycandan olan iş adamları var və bu sahədə Azərbaycanla daha sıx əməkdaşlıq etmək vacibdir.

Gələcəkdə  Azərbaycanlı futbolçuları sarı-qırmızı formada görmək istədiyini deyən idarə heyətinin üzvü futbol klubunun xaricdəki məktəblərinə xüsusi önəm verdiyini vurğulayıb.

"Qalatasaray” futbol mədəniyyətinin dünyada yayılması məqsədilə idman məktəbləri layihəsinə start verdik. Bu baxımdan da təsis olunduğu gündən etibarən Bakıdakı "Qalatasaray” futbol məktəbinin fəaliyyətini yaxından izləyirik. Bakıda futbol məktəbimizdəki gənc, istedadlı futbolçuları Türkiyədə qiymətləndirmək istəyirik”.

Qeyd edək ki, "Qalatasaray” idman klubunun İdarə Heyətinin üzvü, Azərbaycan əsilli Ural Aküzüm ata tərəfdən Şuşa şəhərinin tanınmış şəxslərindən olan Hacı Əhməd Aküzümün, ana tərəfdən isə general Səməd bəy Mehmandarovun nəslindən olan hakim Tahir Mehmandarlının nəvəsidir./bizimyol.info

 

İcmal.Az

RƏYLƏR