7NEWS.az xəbər verir ki, "Qalatasaray" martın 5-dək uzadılan ara transfer müddətində heyətinə daha bir ulduz qatmağa hazırlaşır. Müdafiəçi Kaan Ayhan "Roma"dan Nikolo Zanyolonu transfer edərkən, sol cinah müdafiəçisi Sem Adekuqbeni heyətinə qataraq gücləndirən sarı-qırmızılılar uzun müddətdir klubda adı hallanan Arsen Zaxaryana ağız açıb. Rəhbərlik 19 yaşlı futbolçu üçün Moskva "Dinamo"suna 4 illik ödəmə şərti ilə 12 milyon avro təklif edib.
7NEWS.az