Qalatasarayın UEFA Çempionlar Liqasındakı mümkün rəqibləri bəlli olub

OXUNUB: 178 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Spor Toto Super Liqada çempionluq qazanan "Qalatasaray" növbəti mövsümdə iştirak edəcəyi UEFA Çempionlar Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. 1-ci təsnifat mərhələsini adlamağı bacaran 15 komandadan biri ilə qarşılaşacaq "Cimbom” ilk oyununu iyulun 25 və ya 26-da keçirəcək. Sarı-qırmızılıların mümkün rəqibləri arasında keçmiş futbolçu Georghe Haqinin çalışdırdığı Rumıniya komandası Farul Konstanta və Albert Rieranın Sloveniya çempionu etdiyi "Olimpiya” da var. Potensial rəqiblərin arasında Azərbaycan təmsilçisi "Qarabağ"-da var.

7NEWS.az

RƏYLƏR