“Qanımızla Yaşadaq” adlı təbliğat-təşviqat xarakterli tədbir keçirilib

OXUNUB: 608 SOSİAL
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin (AQDİM) təşkilatçılığı, Respublika Qan Bankının (RQB) dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK)  rəsmi tərəfdaşlığı  və Bakı şəhər Binəqədi rayonu 333  nömrəli tam orta məktəbin ev sahibliyi ilə irsi qan xəstəliklərinin qarşısının alınması, qana ehtiyacı olan insanlara qan komponentlərinin təmin edilməsinin davamlı təminatına yardım üçün "Qanımızla Yaşadaq” adlı maarifləndirici tədbir təşkil olunub. 
Tədbirdə Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə heyətinin sədri Fuad Rəsul, Respublika Qan Mərkəzinin həkimi Günel Əliyeva, AQDİM-nin İdarə heyətinin sədr müavini Məhəbbət Paşayeva, AQDİM-nin Türkiyə Respublikası, İğdır şəhər üzrə nümayəndəliyinin rəhbəri Adəm İpəkçi, Mərkəzin icraçı direktoru və hüqquşunası Kamil Hüseynov, həmçinin məktəbin təşkilati işlər üzrə müavini Xəzangül Möhsümova və 333 nömrəli məktəbin müəllim, valideyn və şagird heyəti iştirak edib.    
    Qeyd olunub ki, tədbirlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində həyata keçirilir.
Tədbir rəsmi və bədii olmaqla 2 hissədən ibarət olub. Məruzəçilər həyati əhəmiyyət daşıyan bu mövzu haqda geniş məlumat veriblər. Məktəbin direktoru Mətanət Hüseynova belə maarifləndirici tədbirlərin əhəmiyyətinə toxunaraq qonaqları salamlayıb və həyati əhəmiyyətli bu mövzu barədə fikirlərini bölüşüb.
Azərbaycan Qan Donorluğunun İnkişaf Mərkəzinin İdarə Heyətinin qərarı ilə Qan Donorluğunun inkişafına göstərdiyi könüllü və təmənnasız dəstəyə görə 333 nömrəli tam orta məktəbin müəllimi Günel Əsgərovanın mərkəzin Fəxri üzvü, həmçinin məktəbdə mərkəzin rəsmi nümayəndəsi seçildiyi elan olunub.
Tədbirin bədii hissəsi məktəbin şagird kollektivlərinin möhtəşəm təqdimatları ilə yadda qalıb. Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkilib.
 









RƏYLƏR