“Qara ölüm” dünyaya qayıdır: 124 nəfər öldü

OXUNUB: 618 DÜNYA

Vəba epidemiyası qayıdır. Son 3 ay ərzində Madaqasqarda bu epidemiyadan 120-dən artıq adam ölüb, 90 nəfərdən çox isə yoluxmuş vəziyyətdədir.

 Vəba epidemiyası hazırda Madaqasqarda tüğyan edir.

3 ay əvvəl ölkədə bu epidemiya aşkar edilib, lakin indiyə qədər ölənlərin sayı 125 nəfərə qədərdir.

Beynəlxalq Risq və Fəlakət Bürosu (BNGRC) yazılı açıqlama verərək bildirib ki, indiyədək 124 nəfərin öldüyü müəyyən edilib, habelə 99-a qədər şəxsdə bu epidemiya aşkarlanıb.

Qurum hesab edir ki, dünya üçün kifayət qədər təhlükəli olan bu epidemiyanın yayılmasının qarşısını almaq üçün epidemiyanın tüğyan etdiyi əyalət və bölgələrdə keçid məntəqələri və limanlar ciddi nəzarətə götürülməlidir.

Ölkənin Maliyyə naziri Mami Latatina qeyd edib ki, indiyə qədər 800-dən çox şəxsdə bu epidemiya aşkarlanıb və onların çoxu müalicədən sonra yaxşılaşıb.

Hazırda yüzlərlə insanın müalicəsi davam edir./teleqraf.com

İcmal.Az

RƏYLƏR