"Qarabağ" qalib gəldi

OXUNUB: 519 Özəl SOSİAL
1 – 7 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar elm və təhsil nazirinin müvafiq, əmri ilə ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçirildi.
Layihə çərçivəsində tərtib edilmiş proqrama əsasən, məktəblilərin iştirakı ilə gündəlik gimnastik hərəkətlər, müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil edilib. 
Qeyd edək ki, "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağını artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.
Layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, həmçinin bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.

  Belə tədbirlərdən biri də İlham Məmmədov adına 261 saylı məktəb-liseydə keçirildi. 5-ci siniflər arasında keçirilən idman yarışı isə xüsusi maraq kəsb edib. 6 sinif arasında təşkil olunmuş yarışda şagirdlər müxtəlif idman növlərində qüvvəsini sınayıb. Şagirdlərin böyük maraqla qatıldığı yarışda daha yüksək nəticə göstərən 5 b sinif şagirdləri qalib gələrək 1-ci yeri qazanıblar. Onu da xüsusi qeyd edək ki, qalib gələn komanda "Qarabağ" adı altında yarışırdı.
Məktəbin direktoru Könül müəllimə qalibləri təbrik edərək, onlara diplom və hədiyyələr təqdim edib.
Göstərdiyi diqqət və qayğıya görə Elm və Təhsil Nazirliyinə təşəkkürünü bildirən Könül müəllimə belə tədbirlərdə iştiraka xüsusi hazırlaşdıqları üçün məktəbin müəllim heyətinə də xoş sözlərini çatdırmağı unutmayıb. 
  Onu da qeyd edək ki, Könül müəllimə bu məktəb-liseyə direktor təyin olunduqdan bəri belə tədbirlərin aktiv keçirildiyi göz önündədir.
    Mövzuya aid Şəkil və videyonu təqdim edirik.
 
 


RƏYLƏR