"Qarabağ”ı elə ən çox məhz indiki məqamda dəstəkləməliyik" – Elşən Musayev

OXUNUB: 2771 Özəl İDMAN
"Bu futboldur. Bəzən məğlubiyyətlə də barışmaq lazımdır. Barışmaq və tənqiddən uzaq olmaq. Çünki "Qarabağ” klubu hər zaman bizim başımızı uca edib, bizlərə sevinc yaşadıb, üzümüzü güldürüb. Və bu gün əgər sevimli komandamız qələbə əldə edə bilmirsə, dərhal onları günahlandırmaq, üzərlərinə getmək olmaz. Əksinə, dəstəkləməliyik! Elə ən çox məhz indiki məqamda dəstəkləməliyik...”.
 
Bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Əminəm ki, UEFA Liqasında "Qarabağ” böyük uğurlara imza atacaq və çox mərhələ keçəcək. Çünki bu klubun potensialı var, peşəkar futbolçuları var, möhtəşəm məşqçisi var, əzmi var...

Uğurlar, "Qarabağ”. Hər zaman yanındayıq.!” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR