Qaradağda qadın sərnişin avtobusda yıxılaraq xəsarət alıb

OXUNUB: 463 HADİSƏ

Paytaxtın Qaradağ rayonunda 114 saylı marşrut avtobusda bədbəxt hadisə baş verib.

 1998-ci il təvəllüdlü Abdıyeva Gül Tapdıq qızı sərnişin avtobusu ilə Müşviqabad qəsəbəsindən Bakıya gələrkən nəqliyyat vasitəsinin sürücüsü qarşısına maneə çıxması səbəbindən əyləci basıb.

Nəticədə ayaq üstdə dayanmış G.Abdıyeva yıxılaraq oturacaqlara dəyib. Xəsarət alan şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, onurğa, baş və boyun nahiyələrindən müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR