Qardaşdan bacısına qarşı DƏHŞƏTLİ ƏMƏL - Qəbristanlığa apardı və...

OXUNUB: 590 HADİSƏ

Bakıda qəsdən adam öldürməkdə təqsirli bilinən Orxan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyilə baş tutan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Orxan Hüseynov bacısı Elnurə Hüseynovanı Binəqədi rayonu ərazisində yerləşən qəbirstanlığa apararaq, onu bıçaqlayıb.

Orxan Hüseynov bacısına bıçaqla bir neçə ağır zərbə endirdikdən sonra onun öldüyünü zənn edib və hadisə yerindən uzaqlaşıb.

Daha sonra həmin ərazidə olan şəxslər Elnurə Hüseynovanı xəstəxanaya çadırıb və həkimlərin ciddi səyləri nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Orxan Hüseynov Cinayət Məcəlləsinin 29, 120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.

Elan olunmuş ittiham üzrə Orxan Hüseynov özünü qismən təqsirli bilib. O, bacısını cəzalandırmaq istədiyini söyləyib.

Təqsirləndirilən Orxan Hüseynov növbəti məhkəmə iclasında geniş ifadə verəcək.

Növbəti proses noyabrın 20-də davam edəcək./publika

İcmal.Az

RƏYLƏR