Aktrisa Eva Lonqoriya İnstaqram səhifəsində paylaşdığı fotosu ilə hamilə olduğunu təsdiqləyib.
İcmal.Az axşam.az-a istinadən bildirir ki, 42 yaşlı aktrisanın hamilə olması ilə bağlı xəbərlər bir müddət əvvəl yayılsa da, amma o, bunu inkar edirdi.
Bu gün isə qarnının şəklini izləyiciləri ilə bölüşən Eva "Yeni il, yeni macəra" şərhini yazıb.
Aktrisaya yaxın mənbənin sözlərinə görə, Xose Antonio Bastondan hamilə olan Lonqariya gələn ilin yazında ilk dəfə ana olacaq. O, Xoseyə oğul övladı bəxş edəcək.
Qeyd edək ki, Antonia ilə 2016-cı ildən evli olan aktrisa onun ilk evliliyindən olan övladları - Xose, Tali və Marianaya analıq edir.


İcmal.Az

























