Özbəkistanın Green Universitetindən azərbaycanlı tələbələrə böyük fürsət

OXUNUB: 6 Özəl SOSİAL
Özbəkistanda fəaliyyət göstərən Green University 2026-cı il qəbul prosesi çərçivəsində türk dünyası ölkələrindən olan tələbə-gənclər üçün təqaüd imkanları təqdim edir.

Dövlət universiteti olan Green University-də yaradılan bu imkan Azərbaycanlı tələbələrin Özbəkistanda təhsil alması üçün də mühüm fürsət yaradır.

Universitet davamlı inkişaf, ekologiya, "yaşıl” iqtisadiyyat və ətraf mühitin mühafizəsi kimi gələcəyin prioritet istiqamətləri üzrə müasir təhsil proqramları təklif edir.

Bakalavriat səviyyəsində Ətraf mühit və davamlı idarəetmə, Ekologiya və dövlət idarəçiliyi, Hüquqşünaslıq və "Yaşıl” iqtisadiyyat ixtisasları üzrə qəbul aparılır.

Magistratura proqramlarına isə Davamlı inkişaf, Ekologiya hüququ, Dairəvi iqtisadiyyat, Davamlı turizm, Davamlı maliyyə, Ekoloji elmlər və tədqiqatlar, eləcə də Ətraf mühitin mühafizəsi istiqamətləri daxildir.

Green University müasir və fənlərarası təhsil sistemi, güclü elmi-tədqiqat imkanları, milli və beynəlxalq əməkdaşlıq şəbəkəsi, həmçinin iqlim və davamlı inkişaf məsələlərinə yönəlmiş yanaşması ilə seçilir.

Universitetin türk dünyası ölkələrindən olan tələbələr üçün yaratdığı təqaüd imkanları Azərbaycanlı gənclərin Özbəkistanda təhsil alması, beynəlxalq akademik mühitə qoşulması və gələcəyin prioritet sahələri üzrə ixtisaslaşması baxımından əhəmiyyətli fürsət yaradır.

2026-cı il qəbulunda iştirak etmək və təqaüd imkanlarından yararlanmaq istəyən Azərbaycanlı tələbələr Green University-yə müraciət edə bilərlər.

+99455 559 67 17
 

 

RƏYLƏR