“Qarşıda hələ bir çox mərhələ var” – Elşən Musayev

OXUNUB: 270 GÜNDƏM Özəl SİYASƏT
"Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı növbəti dinləmənin nə zaman olacağı barədə məlumatım yoxdur. Yəqin belə bir tədbir planlanacağı halda partiyalara, eləcə də bizə məlumat veriləcək. Sadəcə tək bir şeyi deyə bilərəm ki, həmin dinləmələrin əhəmiyyəti həqiqətən də böyükdür. Çünki hər zaman ən ideal variant və nəticə fikir mübadilələrindən sonra meydana gəlir” - 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Mənim və bütün həmkarlarımın arzusu budur ki, yeni qanun bütün tələblərə cavab versin. Zatən elə iş, fəaliyyət də bu istiqamətdə gedir. Qarşıda hələ bir çox mərhələ var. Həmin mərhələlərin hər birində qanun layihəsi daha da təkmilləşəcək və qəbul olunduqdan sonra siyasi partiyaların fəaliyyəti üçün yeni perspektivlər, imkanlar yaradacaq.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR