Qaxda 19 yaşlı qız nişan günü özünü asdı

OXUNUB: 824 HADİSƏ

Qax rayonunun Üzümlü kəndində intihar hadisəsi qeydə alınıb.

İcmal.Az-ın APA-ya istinadən məlumatına görə, kənd sakini, 19 yaşlı Sürəyya Əhməd qızı Əbdürrəhmanovanın meyiti yaşadığı evin həyətində yerləşən tövlədə asılmış vəziyyətdə aşkar edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Məlumata görə, S. Əbdürrəhmanovanın bu gün nişanı olacaqmış.

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR