Qaxda gənc qadın intihara cəhd edib

OXUNUB: 665 HADİSƏ

Qaxda iki uşaq anası intihara cəhd edib.

 

Mayın 7-dən 8-ə keçən gecə Qax rayonu Qaratala kəndində anadan olan və Üzümlü kəndinə gəlin köçən 1998-ci il təvəllüdlü Kəmalə Vəzir qızı Cəfərova zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.

 

MRX-dan APA-ya bildirilib ki, Kəmalə Cəfərova bilinməyən səbəbdən müxtəlif adda bir-neçə dərman həbi qəbul edib. Həkimlərin müdaxiləsindən sonra Kəmalə Cəfərovanın vəziyyəti stabilləşib.

 


Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır. /apa

 

İcmal.Az

RƏYLƏR