Türkiyədə bir neçə il öncə törədilən cinayətin üstü açılıb.
İcmal.Az Milliyet-ə istinadla bildirir ki, Türkiyənin Kayseri şəhərində baş verən cinayət hadisəsi ilə bağlı yeni məlumatlar əldə edilib.
Verilən məlumata görə, ər arvadını başqa kişidən evlənmə təklifi aldığına görə öldürüb. Arvadından ayrı yaşayan kişinin onun otağına girməyinə isə qayınanası kömək edib.
Cinayəti törədən İlhan Üçler ifadəsində deyib.
"Hadisənin baş verdiyi gün qayınatam işə gedəndən sonra qayınanam məni otağa saldı. Orada gizləndim. Arvadım evə gələndə anasına başqa kişidən evlilik təklifi aldığını söylədi. Əsəbləşdim, otaqdan çıxdım. Bıçaqladım, sonra da otaqdan çıxdım. Mən ona bir bıçaq zərbəsi vurmuşdum. Amma məlumatda 39 bıçaq zərbəsi qeyd olunub".

İcmal.Az

























