Qazaxda baş verən yol qəzasında ikisi azyaşlı olmaqla 4 nəfər xəsarət alıb

OXUNUB: 610 AZƏRBAYCAN HADİSƏ
Qazaxda yol qəzası olub. Minik avtomobilinin aşması nəticəsində ikisi azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Qəza nəticəsində xəsarət alanlar - 2011-ci il təvəllüdlü Əliyeva Tamara Yaşar qızı, 2016-cı il təvəllüdlü Əliyeva Aysu Yaşar qızı, 1988-ci il təvəllüdlü Əliyeva Aytən Məhərrəm qızı və Əliyev Yaşar Həmid oğlu xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR