7NEWS.az xəbər verir ki, Qazaxıstan Silahlı Qüvvələrində yeni yaradılmış xüsusi təyinatlılar komandanlığı üçün türk şirkətinin istehsalı olan zirehli döyüş maşınlarının alınmasının qiymətləndirildiyi açıqlanıb.
Qazaxıstan müdafiə nazirinin müavini Sultan Kamaletdinov paytaxt Astanada keçirdiyi mətbuat konfransında orduda aparılan islahatlarla bağlı məlumat verib.
Kamaletdinov yanvar ayında prezident Kasım Cömert Tokayevin fərmanı ilə Qazaxıstan Silahlı Qüvvələrinin tərkibində Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının yaradıldığını, sözügedən bölməyə təyinat alacaq əsgərlərin xüsusi təlim keçdiyini, onların silah-sursatla təchiz edilməsi üçün səylər göstərildiyini qeyd edib.