7NEWS.az xəbər verir ki, Qazaxıstan prezidenti Tokayev keçmiş prezident Nazarbayevi "Elbaşı” kimi təyin edən qanunu qüvvədən salan fərmanı imzalayıb.
Daha əvvəl keçmiş prezident Nursultan Nazarbayevin ömürlük Qazaxıstan Xalq Məclisi və Təhlükəsizlik Şurasına sədrliyini ləğv edən qanun layihəsi təsdiq edilmiş, daha sonra 5 iyun 2022-ci ildə keçirilən referendumla "Elbaşı” titulu Konstitusiyadan çıxarılmışdı.
7NEWS.az