Qazaxıstanda şaxtaya qaz sızdı, 3 nəfər xəstəxanaya düşdü

OXUNUB: 756 DÜNYA

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtaya metan qazı sızıb.

İcmal.Az report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər xəstəxanaya düşüb, 1 nəfər isə ambulator müalicəyə göndərilib.

Hadisə "Arselor Mittal Temirtau" şirkətinə məxsus şaxtada baş verib. Olay zamanı şaxtada 136 nəfər olub.

 

Xəstəxanaya yerləşdirilən üç şaxtaçının vəziyyəti sabit, orta ağır qiymətləndirilir.

İcmal.Az

RƏYLƏR