Tədbiri giriş sözü ilə açan səfir A.Atamoğlanov şanlı Zəfər bayramı haqqında qonaqlara ətraflı məlumat vermiş, 8 noyabr-Zəfər Gününün Azərbaycan xalqının iradəsinin və gücünün təntənəsinə çevrildiyini qeyd etmişdir. 2020-ci ilin sentyabr ayında Ermənistanın növbəti təxribatına cavab olaraq, Azərbaycanın özünü müdafiə hüququndan istifadə edərək və beynəlxalq hüquqa tam uyğun olaraq həyata keçirilmiş cavab tədbirlərindən bəhs etmişdir. 44 Günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdiyi, münaqişənin tarixdə qaldığını bildirmişdir.