Qazaxıstanın keçmiş prezidenti Nazarbayev ürəyindən əməliyyat olunub

OXUNUB: 194 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, Nur Otan Partiyasının Qazaxıstandakı keçmiş sözçüsü Aleksandr Aksyutits keçmiş prezident Nursultan Nazarbayevin ürək xəstəliyi səbəbilə xəstəxanaya yerləşdirildiyini bildirilib. Nazarbayevin paytaxt Astanadakı xəstəxanalardan birində ətraflı ürək müayinəsindən keçirildiyi açıqlanıb. Nazarbayevin mətbuat katibi Aydos Ukibay sosial şəbəkədəki paylaşımında Nazarbayevin ürəyindən əməliyyat olunduğunu bildirib və əməliyyatın uğurlu keçdiyini deyib.  83 yaşlı Nazarbayev Sovet İttifaqının dağılması ilə ölkəsini təxminən 30 il idarə etdikdən sonra 2019-cu ilin martında prezident postunu Kasım Cömert Tokayevə təhvil verib.

7NEWS.az

RƏYLƏR