Qəbiristanlıq əraziləri bələdiyyənin ixtiyarına verilir

OXUNUB: 508 SOSİAL

Azərbaycanda qəbiristanlıq üçün nəzərdə tutulmuş torpaqların bələdiyyə mülkiyyətinə verilməsi təklif olunur .

İcmal.Az-ın məlumatına görə, bununla bağlı "Torpaq islahatı haqqında” qanunun 7-ci (Bələdiyyə torpaqları) maddəsinə əlavə təklif olunur.

Mayın 1-də və 4-də keçiriləcək plenar iclaslardan birində müzakirəyə çıxarılacaq layihəyə görə, bələdiyyə torpaqlarına aid edilən ərazilər siyahısına qəbiristanlıqlar da əlavə edilir.

 

İcmal.Az

RƏYLƏR