Qərb Azərbaycan və digər ölkələrdə... - Suriya ssenarisi barədə ŞOK XƏBƏRDARLIQ

OXUNUB: 855 DÜNYA

"Müstəqil Dövlətlər Birliyi "rəngli inqilablar”ın ixracı cəhdlərinə və stabilliyi pozan amillərə reaksiya göstərmənin yeni birgə mexanizmlərini formalaşdırılmalıdır”.

Bunu Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib.

"Bəzi hallarda iş silahlı müdaxiləyə çatır. Məsələn, bu gün Suriyada baş verənlər bu ölkənin hökumətini razılığı olmadan baş verir. BMT-nın nizamnaməsi pozulur və bir sıra xarici dövlətlərin silahlı qüvvələri döyüşlərdə iştirak edirlər. Təbii ki, bu, beynəlxalq münasibətlərin bütün sistemini pozur. Bu hərəkətlər "rəngli inqilablar”ın ixracının davamıdır. Və təəssüf ki, bizim rəqiblərimiz bu strategiyanı Müstəqil Dövlətlər Birliyinin ölkələrinə də yaymağa çalışırlar”, - Lebedev deyib.

O qeyd edib ki, BMT və ATƏT kimi təhlükəsizliyin təmin olunması üzrə ənənəvi beynəlxalq institutlar belə təhlükələrə qarşı durmaqda qabiliyyətli deyil:

"Müasir çağırışlar və təhlükələrin ayrı-ayrı dövlətlərin səviyyəsində neytrallaşdırılması mümkün olmur. Müstəqil Dövlətləri Birliyi ölkələrinin təhlükəsizliyinin möhkəmləndirilməsi və sülhün təminatı üçün inteqrasiya imkanlarının maksimal istifadəsi və birgə səylərin koordinasiya vacibdir”./publika

İcmal.Az

RƏYLƏR