Qətərin əmiri şeyx Tamim ben Hamad əl Tanfi ölkəni tərk etməyə, o cümlədən də ABŞ prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfərə hazırlaşmır.
İcmal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Qətər hakimiyyətinin rəsmi nümayəndəsi məlumat yayıb.
"Əmir ölkə blokadada olduğu müddət ərzində Qətəri tərk etməyi planlaşdırmır”, - agentliyin mənbəyi bildirib.
Tramp Qətərə və onunla diplomatik münasibətləri kəsən dövlətlərə fikir ayrılığının nizamlanmasında yardım təklif edib. Ağ evin mətbuat xidmətinin yaydığı məlumata görə, Tramp bu barədə Qətərin əmiri ilə telefon danışığı zamanı bildirib.
İcmal.Az

























