Qətər ərəb dövlətlərinin ultimatumuna cavab verdi

OXUNUB: 1112 DÜNYA
Qətər hökuməti Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirin tələblərinə cavab verib.

Yaxın Şərq ölkələrinin birgə bəyanatında bu barədə məlumat var.

Məlumatda deyilir: "Dörd ölkə Küveytin vasitəçiliyi ilə verilən müddətin başa çatmasına bir az vaxt qalmış Qətərin cavabını alıblar. Küveyt əmiri Sabah əl-Əhməd əl-Caber əs-Sabah bu cavabı tələb etmişdi".

Bildirilir ki, vaxtı gələndə cavab yayımlanacaq.

Qeyd edək ki, Qətərlə diplomatik münasibətləri donduran ərəb dövlətləri 13 maddədən ibarət tələbnamə irəli sürüblər./olke.az

İcmal.Az

RƏYLƏR