Qətərdə keçirilən dünya çempionatında spirtli içkilər satılmayacaq

OXUNUB: 2876 Özəl İDMAN
7NEWS.az xəbər verir ki, FİFA Qətərdə keçirilən Dünya Çempionatının başlayacağı səkkiz stadion və onun ətrafında spirtli içki satışının olmayacağını açıqlayıb. Qətər rəsmiləri ilə son görüşlərdən sonra qərarın verildiyi açıqlanıb.

Stadionların ətrafındakı "alkoqollu içki satış məntəqələri” də yığışdırılıb. Stadionların müəyyən nöqtələrində spirtli içkilərin satıla biləcəyi daha əvvəl açıqlanmışdı.

Böyük şirkətlər üçün ayrılmış stadionlardakı bölmələrdə spirtli içkilərin xidmətinə icazə veriləcəyi bildirilir.
FİFA-nın verdiyi açıqlamada stadionlarda alkoqolsuz pivənin satılacağı bildirilib və "stadionların və obyektlərin ətrafının azarkeşlərin əyləndiyi məkan olmasına çalışıldığı" vurğulanıb.

7NEWS.az

RƏYLƏR