Qətərin keçmiş şahzadəsi ÖLÜ TAPILIB

OXUNUB: 465 Özəl DÜNYA
Üç qızının qəyyumluğunu itirən və depressiya ilə mübarizə apardığı iddia edilən 45 yaşlı Kasia Gallanio İspaniyadakı evində ölü tapılıb.

7NEWS.az xəbər verir ki, keçmiş Qətər şahzadəsi İspaniyanın Marbella kurort şəhərindəki evində ölü tapılıb və həddindən artıq dozada narkotik maddə qəbul etməkdə şübhəli bilinir. Üç qızının qəyyumluğunu itirən 45 yaşlı Kasia Gallanio İspaniyada yaşayarkən alkoqolizm və depressiya ilə mübarizə aparırmış. Qadının meyiti bazar günü polis tərəfindən mülkün içərisində tapılıb. Los-Ancelesdə anadan olan Polşa əsilli Gallanio 2004-cü ildə Qətər əmirinin hazırda 73 yaşlı əmisi Əbdüləziz ibn Xəlifə əl-Tani ilə ailə həyatı qurub və cütlüyün üç qızı olub.

7NEWS.az

RƏYLƏR