Qətərin müdafiə naziri: "Vəziyyət qansız müharibə elanıdır"

OXUNUB: 888 DÜNYA
Qətərin müdafiə naziri Halid bin Məhəmməd əl-Atiyyə yeni açıqlama verib.


Əl-Atiyyə Qətərin son vaxtlar məruz qaldığı vəziyyəti "qansız müharibə elanı" adlandırıb.

Londonun "Əl-Arabi əl-Cədid" qəzetinə müsahibə verən qətərli nazir deyib: "Ölkəmizin məruz qaldığı vəziyyət qansız müharibə elan etməkdir. Vətəndaşlara ziyan vurmaq və Körfəz ölkələri arasındakı sosial vəziyyəti parçalamaq məqsədi ilə quru, dəniz və hava sərhədlərinin bağlanılması nə ilə izah edilə bilər?"

Ölkəsinin terror qruplaşmalarını dəstəklədiyi barədə iddiaların tamamilə reallıqdan kənar olduğunu qeyd edən Atiyye bildirib ki, aparılan kampaniya "Qətərin şeytanlaşdırılması" məqsədini güdür./olke.az
 
İcmal.Az

RƏYLƏR