Qətərin S-400 qərarı TƏŞVİŞƏ SALDI

OXUNUB: 510 DÜNYA

Qətərin Rusiyadan S-400 müdafiə sistemləri alması ilə bağlı müzakirələr davam edir.

İcmal.Az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qətər Şura Məclisinin sədri Əhməd bin Abdullah Zaid məlumat yayıb. Onun sözlərinə görə, Rusiya ilə Qətər arasında razılaşmanın şərtlərinə daim riayət olunur:

"Qətərlilər razılaşma şərtlərinə hər zaman hörmətlə yanaşır və bütün maddələrə uyğun davranırlar. Hələ ki danışıqları davam etdiririk”

Xatırladaq ki, bundan öncə Rusiyanın Qətərə S-400 müdafiə sistemləri göndərəcəyi təqdirdə, Ər-Riyad prosesi əngəlləmək məqsədilə hərbi gücündən istifadə edəcəyi haqqında məlumat yaymışdı.

İcmal.Az

RƏYLƏR