Qətərin maliyyə naziri Əli Şərif əl-Əmadi yeni açıqlama verib.
Nazir Qətərin təhdid edilməyəcək qədər çox varlı bir ölkə olduğunu bildirib.
Qonşu ərəb dövlətlərinin embarqosu 1 aydan çoxdur ki, davam edir. Əl-Əmadi açıqlama verərək bildirib ki, Qətər 10 illər ərzində təbii qaz satışından çox güclü maliyyə mənbələrinə sahibdir. Qətər Mərkəzi Bankı və Maliyyə Nazirliyinin strateji ehtiyatları var.
Rəsmi Dohaya embarqo tətbiq edən ölkələrin iqtisadiyyatları ilə müqayisədə Qətər iqtisadiyyatı daha güclüdür. Əl-Əmadi bu ölkələrin ciddi iqtisadi problemləri olduğunu bildirib: "Bəhreyn və Misirin problemləri var. Səudiyyənin də maddi vəziyyəti ilə bağlı problemləri var. Bölgədə ən sürətlə böyüyən ölkə bizik"./olke.az
İcmal.Az

























