Avstraliyadan Baliyə uçan təyyarə texniki nasazlıq üzündən qəza siqnalı verib.
Hadisə zamanı sərnişinlər arasında həyəcan yaşanıb. Təyyarə 9 dəqiqə ərzində 10 min kilometr hündürlükdən 6 min kilometrə qədər enib.
Bu zaman təyyarədə olan ingiltərəli vəkil Kris Cins nişanlısı Kasi Kinçellaya evlilik təklifi edib.
Onun sözlərinə görə, evlilik təklifini Balidə istirahət zamanı edəcəkmiş: "Təyyarənin qəzaya uğraya biləcəyini eşidəndə ilk ağlıma evlilik təklifi eləmək gəldi. Müsbət cavab aldım. Salamat yerə endikdə bir daha Kainin fikrini soruşdum. O, məni sevdiyini və evlənə biləcəyimizi dedi”.
Qeyd edək ki, pilotlar çətinliklə təyyarəni Avstraliyadakı aeroportlardan birinə endirə bilib.
İcmal.Az

























