Qəzzada iştişaşlar: Ölənlər var

OXUNUB: 592 DÜNYA

ABŞ-ın Qüdsdəki səfirliyinin açılmasına saatlar qalmış İsraillə Qəzza sektoru arasındakı ərazidə etiraz aksiyaları başlayıb. Aksiyalarda baş verən toqquşmalarda yeddi fələstinli həlak olub, 500 nəfər yaralanıb. 

İcmal.Az bununla bağlı "Hürriyət” qəzetinə istinadla xəbər verir. 

İsrail əsgərləri etirazçılara atəş açıb. 20-dən çox fələstinli güllə yarası alıb.

Şahidlərin sözlərinə görə, bir neçə fələstinli sərhəd keşikçilərinə bıçaqla hücum edib. Etirazçılar avtomobil şinlərini yandırıblar. 

Bu gün Qəzza sektorunda geniş etiraz aksiyasının keçirilməsi planlaşdırılıb. Onlar ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə etiraz edirlər. Aksiyalara bir milyondan çox insanın qoşulacağı bildirilib. 

İcmal.Az

RƏYLƏR