7NEWS.az xəbər verir ki, Kahramanmaraşda zəlzələdən zərər çəkmiş bölgələrdə axtarış-xilasetmə işlərinə qatılan xarici qruplar ölkələrinə qayıtmağa davam edir. Dünən Türkiyədə hava limanından heyət və sərnişinlərin alqışları ilə yola salınan Qırğızıstan komandası ölkəsinə qayıdıb. Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamaya görə, Qırğızıstan komandasını daşıyan THY təyyarəsi paytaxt Bişkekdəki Beynəlxalq Manas Hava Limanına eniş edib. Hava limanında keçirilən qarşılanma mərasiminə Qırğızıstanın fövqəladə hallar naziri Boobek Acıkeyev, Türkiyənin Bişkekdəki səfiri Ahmet Sadik Doğan və Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru Dr. Alpaslan Ceylan ilə yanaşı axtarış-xilasetmə qrupunun ailələri və yaxınları da qatılıb.
7NEWS.az