Qırğızıstan prezidenti Almazbəy Atambayev qazaxıstanlı həmkarı Nursultan Nazarbayev haqda verdiyi sərt açıqlamaya görə peşman olub.
İcmal.Az bu barədə yerli KİV-ə istinadən xəbər verir.
Atambayev onun haqqında danışarkən çox emosional olduğu etiraf edib.
"Qazaxıstan prezidenti haqqında, ola bilsin ki, çox sərt danışmışdım. O da mənim kimi çox sadəlövh insandır”.
Atambayev Nazarbayevin ətrafındakı oliqarxları ittiham edərək, onların yalnız pul barədə düşündüklərini deyib.
Nazarbayevin prezident seçkiləri öncəsi müxalifət lideri Omurbek Babanovla görüşməsi Atambayevi özündən çıxarmışdı.
İcmal.Az

























