7NEWS.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğana dünya liderlərindən təbrik mesajları gəlməkdə davam edir. Qırğızıstan Prezidenti Sadir Çaparov sosial media hesabından paylaşdığı mesajda "Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan, prezident seçkilərinin ikinci turunda qalib gəlməniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm” deyib. Türkiyə xalqının Ərdoğana yüksək etimad bəslədiyini, onun sosial-iqtisadi inkişafı və rifahının yüksəldilməsi istiqamətində apardığı siyasəti dəstəklədiyini bildirən Çaparov, "Türkiyə açıq, rəqabətli və demokratik seçkilərdə nümunə göstərdi” dedi.
7NEWS.az