Qırğızıstanda partlayış: Ölən və yaralananlar var

OXUNUB: 1450 DÜNYA

Qırğızıstanın İssık-Kul vilayətində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində biri uşaq olmaqla 2 nəfər yanaraq ölüb, 8 nəfər yaralanıb.

Bu barədə Qırğızıstan Səhiyyə nazirliyinin məlumatında bildirilir.

Hadisə İssık-Kul vilayətinin Ananyevo kəndində qeydə alınıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən  5 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir. İlkin məlumata görə, partlayış yeraltı çənə qaz vurulan zaman baş verib./apa

İCMAL.AZ

RƏYLƏR