İtaliyanın Qırmızı Xaç Cəmiyyətinin başçısı Françesko Rokka Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərinin Beynəlxalq Federasiyasının yeni prezidenti seçilib.
İcmal.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu haqda QXBFmətbuat xidməti xəbər verir.
Rokka Türkiyənin Antalya şəhərində Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərinin Baş Assambleyasında seçilib. O, prezident postunda 2009-ci ildən quruma rəhbərlik edən Tadateru Konoeni əvəzləyəcək.
İcmal.Az

























