Qlobal şirkətlərin yalnız 40 faizi Rusiyanı tərk etdi

OXUNUB: 178 Özəl DÜNYA

Ukraynada başladığı müharibə səbəbiylə Rusiyaya qarşı sanksiya açıqlamaları davam edərkən, hələ də Rusiyada sərmayələri olan Qərb şirkətlərindən yalnız 10-nun son 4 ayda fəaliyyətini tamamilə dayandırdığı ortaya çıxıb.

7NEWS.az xəbər verir ki, Avropa Parlamentinin üzvü Moritz Körner keçən həftə Avropa İttifaqı (Aİ) Komissiyasına sanksiyalara baxmayaraq, "nə qədər qərb şirkətinin Rusiyada fəaliyyətini davam etdirdiyi” ilə bağlı parlament sualı təqdim edib. Aİ Komissiyası isə Körnerin sualını ABŞ-dakı Yale School of Management Executive Leadership İnstitutunun məlumatlarına əsaslanaraq cavablandırıb və beynəlxalq şirkətlərin yalnız 40 faizinin Rusiyanı tərk etmək qərarına gəldiyini bildirib.

7NEWS.az

RƏYLƏR