Qlobal ticarət həcmi 32 trilyon dollara çata bilər

OXUNUB: 277 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) qlobal ticarət həcminin 2022-ci ilin sonuna kimi 32 trilyon dollara yüksələcəyini proqnozlaşdırıb.

UNCTAD-ın 2022 Qlobal Ticarət Trendləri Hesabatında qeyd olunub ki, bu ilin ikinci yarısında qlobal ticarətdə bir qədər yavaşlama müşahidə olunsa da, qlobal ticarət həcmində irəliləyiş il ərzində sabit qalıb.

Bir çox ölkədə pisləşən iqtisadi şərait və artan etibarsızlığın 2022-ci ilin ikinci yarısında yavaşlamaya səbəb olduğu, lakin buna baxmayaraq, ilin sonuna qədər qlobal ticarət həcminin 32 trilyon dollara çatacağı təxmin edilirdi.

7NEWS.az

RƏYLƏR