Qobustanda DƏHŞƏT: azyaşlı bacı-qardaş YANARAQ ÖLDÜ

OXUNUB: 547 HADİSƏ

Qobustan rayonu, Qaracüzlü kəndində 4 otaqlı evdə yanğın baş verib.

İcmal.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkar olunub. Yanğın zamanı 1 nəfər azyaşlı (2011-ci il təvəllüd) yanıq xəsarətləri alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

İcmal.Az

RƏYLƏR