"Qoca"nı vuran polislərə mükafat verildi

OXUNUB: 666 SOSİAL

"Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yaxalanması zamanı xüsusi sücaət göstərmiş bir neçə polis əməkdaşı mükafatlandırılıb.

İcmal.Az ucnoqta.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir müvafiq əmr imzalayıb. Qərara əsasən, "Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yaxalanması zamanı fərqlənən polis əməkdaşlarından ikisinin rütbəsi qaldırılıb, digərini isə müvafiq zamanda Polis Akademiyasında təhsil almağa göndərilməsi ilə bağlı göstəriş verilib. Bundan başqa, həmin əməliyyatda iştirak edən polis nəfərləri pul mükafatları və digər qiymətli əşyalarla mükafatlandırılıb. 

İcmal.Az

RƏYLƏR