"Qohumlarıma kömək etməsəm, çıxacaqlar efirə..." - müğənni sitəm etdi

OXUNUB: 1116 ŞOU-BİZNES
"Deyirlər ki, qohumlarına kömək etmək sayılmır. Gedib, kənardakı yoxsullara yardım etmək lazımdır".
İcmal.az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva "Bizimləsən" verilişində qonaq olarkən deyib. İfaçı qohumlarından, onlara etdiyi yardımlardan və qarşılaşdığı tənqidlərdən bəhs edib:

"Deyirəm ki, qohumlarıma kömək etməsəm, çıxacaqlar efirə deyəcəklər, filankəs mənə kömək etmir. Vəziyyətləri heç vaxt pis olmasın. Bu ərəfədə mən də nə qədər insana kömək etdim. Mənim kiməsə yardım etmək borcum deyil. Sadəcə, vicdan borcumu edirəm. Bu mənim içimdən gəlməlidir"

RƏYLƏR