Alimlərin buz təbəqələri və buz nüvələri üzərində apardıqları araşdırmalar göstərib ki, Qrenlandiyanın bəzi bölgələrində temperatur son 1000 ildə ən yüksək həddə çatıb.
7NEWS.az xəbər verir ki, "Nature” jurnalında dərc edilən yeni araşdırma, Qrenlandiyanın şimal hissəsində temperaturun 20-ci əsrlə müqayisədə 1,5 dərəcə Selsi artdığını, termometrlərin son 1000 ilin ən yüksək səviyyəsini göstərdiyini ortaya qoyub.
Alimlər 1995-ci ildən bəri buz təbəqələrindən və buz nüvələrindən götürülmüş nümunələrlə temperaturun sürətlə artdığını aşkar ediblər.
7NEWS.az