“Qubad İbadoğlu təpədən-dırnağa qədər anti-millidir!” – PARTİYA SƏDRİ

OXUNUB: 414 GÜNDƏM Özəl SİYASƏT
"Qubad İbadoğlunun həbsinə qətiyyən təəccüblənmədim. Çünki bu cür əqidəsiz, gündə yüz sifət dəyişən, anti-milli, təxribatçı, dələduz insanların bir gün ədalət və qanun qarşısında cavab verəcəklərinə hər zaman inanmışam, əmin olmuşam.”7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Qubad elə bir ambisiyanın sahibidir ki, həmin ambisiyanın reallaşması üçün bütün müqəddəs dəyərləri tapdalayar, ətrafında cəmləşən hər kəsi satar! Öz də bir qara qəpiyə! Çünki bu adamda dövlətçilik təfəkkürü, siyasi əqidə anlayışı yoxdur. Çünki bu adam rəzil, sanbalsız, satqın biridir. Və nəhayət: bu adam anti-millidir! Təpədən-dırnağa qədər - anti-milli!

Qubad açdığı internet televiziyası ilə də, yaratdığı mənasız partiya ilə də, elədiyi çıxışlar ilə də yalnız və yalnız dövlət əleyhinə, millət əleyhinə təbliğat aparıb! Üstəlik, bu təbliğatı yaramazca, rəzilcə aparıb!   

Hesab edirəm ki, istintaqın gedişində Qubadın hələ bir çox əməlləri, cinayətləri ifşa olunacaq. Üstəlik, nəinki onun, eyni zamanda uzun illər qrant böldüyü qaraguruhun və radikal müxalifətdəki ünsürlərin!” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR