Qubada ağır yol qəzası, ölən və yaralanan var

OXUNUB: 896 SOSİAL

Quba rayonunun Güləzi kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avqustun 3-də, saat 18:00 radələrində Quba rayonunun Güləzi kəndi ərazisində Bakı şəhər sakini Vüsal Səmədov idarə etdiyi "Mitsubishi” markalı avtomobili aşırıb.

Nəticədə sərnişini Samir Behbudov hadisə yerində ölüb, sürücünün özü isə xəstəxanaya yerləşdirilib.

Quba RPŞ tərəfindən araşdırma aparılır./trend

 

İcmal.Az

RƏYLƏR