Qubada cinayətkar iş başında tutuldu

OXUNUB: 2156 SOSİAL

Qubada bankomatı qarət etmək istəyən şəxs tutulub.

İcmal.Az APA-ya istinadla xəbər verir ki, hadisə Quba rayon avtovağzalı ərazisində qeydə alınıb.

Banklardan birinin köşkündə quraşdırılmış bankomatı qarət etmək istəyən Asim Cabbarov cinayət başında tutulub. Ondan bıçaq, dəmir ling, qara maska və əlcək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

İcmal.Az

RƏYLƏR