Qüdsdə etirazçılar parlament binası qarşısına toplaşıblar

OXUNUB: 304 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, İsraildə mübahisəli məhkəmə islahatlarına qarşı etirazlar bütün ölkə boyu davam edir. İsrailin baş naziri Benyamin Netanyahunun yerli vaxtla saat 11:00-a planlaşdırılan çıxışını təxirə salmasından sonra Qüdsdəki israillilər küçələrə axışıb. Knessetin qarşısına toplaşan yüzlərlə etirazçı əllərində İsrail bayraqları və "Demokratiya və ya inqilab heç vaxt təslim olmayın” və "Demokratiya ürəyimizdədir” yazılı plakatlar tutub. Polis Knesset ətrafında bir neçə yolu bağlayıb və 3 etirazçını saxlayıb.

7NEWS.az

RƏYLƏR