"Qul bazarı"ndan dəhşətli görüntülər... - 400 dollara satırlar... / VİDEO

OXUNUB: 593 DÜNYA
Avropaya getməyə çalışan immiqrantlar 2016-cı ilin may ayından Liviyada qurulan "qul bazarı"nda satılır.

İcmal.Az metbuat.az-a istinadən xəbər verir ki, CNN televiziyası qul bazarından gizli çəkiliş edib. Bazarda satılan insanların qiyməti 400 dollardan başlayır.
Paytaxt Tripolinin kənarında qurulan "qul bazarı"na gedən CNN əməkdaşları hərraca çıxarılan insanları gizli kamera ilə çəkib.

Məlumatlara görə, "qul bazarı"nda satılan immiqrantların çoxu Nigeriya, Mali, Qana, Niger kimi ölkələrdəndir.

 
İcmal.Az

RƏYLƏR