Qusarda 50 yaşlı kişi yoxa çıxdı

OXUNUB: 508 HADİSƏ

Qusar sakini itkin düşüb.

İcmal.Az apa-ya istinadən xəbər verir ki, şəhər sakini Nüşabə Nurməmmədova polisə müraciət edərək ruhi əsəb xəstəsi olan həyat yoldaşı, 1968-ci il təvəllüdlü  Camid Nurməmmədovun 12.05.2018-ci il saat 22:30 radələrində evdən çıxdığını və qayıtmadığını bildirib.

Aparılan ilkin əməliyyat-axtarış tədbirləri nəticəsində onu tapmaq mümkün olmayıb. 

Onun əlamətləri: boyu 160 sm, orta bədən quruluşlu, uzunsov sifət, taxma dişləri, burnu düz,  qara saçlı və gözlərinin rəngi qarışıqdır. 

Evdən çıxarkən əynində üç düymə, üzərində qəhvəyi rəngli kvadratlar olan, süd rəngli köynək, boz jaket, tünd göy parça gödəkçə, qara şalvar və qəhvəyi parça ayaqqabı olub. 

Onun barəsində məlumatı olan şəxslərdən Qusar Rayon Polis Şöbəsinə (023) 385-28-03, 385-28-35, 385-43-19, (070) 626 -12 -20  və "102" nömrəli telefonlara zəng vurmaq xahiş olunur.

İcmal.Az

RƏYLƏR